Qarabağ Univeristetinin yaranması Azərbaycan elminə yeni töhfə verəcək

Qarabağ Univeristetinin yaranması Azərbaycan elminə yeni töhfə verəcək

Hazırda oxunan: Qarabağ Univeristetinin yaranması Azərbaycan elminə yeni töhfə verəcək

159065

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Ağdamda Qarabağ Universiteti inşa ediləcək. 

Bizim.Media-nın məlumatına görə, dilçi ekspert Gülər Mübariz “vətəninfo.az”a  bildirib ki, 44 günlük  Vətən Müharibəsi və 23 saatlıq antiterror tədbirlərindən  sonra Azərbaycanın bütün ölkə ərazisində öz suveren hüquqlarının bərpası, Qarabağ iqtisadi regionunda yenidənqurma və bərpa işləri içərisində təhsil ocaqlarının inşası ən vacib amillərdən biridir: 

“Digər bir tərəfdən də bilindiyi kimi Xankəndində Sovet dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakı Dövlət Universitetinin Xankəndi bölməsi,sonradan isə Xankəndi Dövlət Universiteti fəaliyyət göstərib. 30 illik işğal dövründə bu universitetin texniki və elmi bazası yerlə-yeksan edilib. Ona görə də həm Xankəndi Dövlət Universitetinin elmi-texniki bazasının müasir tələblərə cavab verən formada təşkili,eyni zamanda da Ağdamda inşa ediləcək ali təhsil ocağı Azərbaycan elminə böyük töhfə vermiş olacaq”. 

Gülər Mübariz ,ümumiyyətlə, paytaxt Bakıda fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarının Qarabağ iqtisadi regionuna köçürülməsinin vacibliyini də qeyd edib.  
Ekspert hesab edir ki, bu həm bölgənin inkişafına,eyni zamanda da turizmin müxtəlif sahələrinə öz müsbət təsirini göstərmiş olar:

“Bundan başqa istər Xankəndi, istərsə də yeni inşa ediləcək ali təhsil ocaqlarında ciddi,müasir tələblərə cavab verən bölmələrlə yanaşı, Qədim Azərbaycan tarixi və dili,ədəbiyyatı, Qarabağ folkloru,xalçaçılıq və digər əhəmiyyətli fakultələrin olması vacibdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO