Şuşada narkotik plantasiyası AŞKARLANDI - VİDEO 

Şuşada narkotik plantasiyası AŞKARLANDI - VİDEO 

Hazırda oxunan: Şuşada narkotik plantasiyası AŞKARLANDI - VİDEO 

159008

Şuşanın Quşçular kəndində 5 hektar sahədə kultivasiya edilmiş növbəti narkotik plantasiyası aşkar edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib.

Polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb.

Fermer təsərrüafatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib.
Araşdırmalar davam etdirilir. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO