“Qarabağdakı ermənilərin rus dilini dövlət dili elan etməsi məsələsi fitnəkarlıq xarakteri daşıyır. Müharibədə uduzan ermənilər bununla özlərinin ənənəvi taktikalarına keçiblər. Bu səbəbdən də rus tematikasını qabardırlar”.
Bizim.Media xəbər verir ki, bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn canlı yayımların birində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Dağlıq Qarabağda anti-terror əməliyyatları yenə gündəmə gələcək” – Pənah Hüseyn
“Dağlıq Qarabağdakı terrorçu və erməni silahlıları bölgədən çıxarılmalıdır. Çünki üçtərəfli sənədi Azərbaycan, Rusiya və Ermənistan imzalayıb. Razılaşmada hansısa qondarma Artsax deyə tərəf yoxdur. Buna görə üçtərəfli sənədə istinad edərək Qarabağdakı qanunsuz erməni rejimləri ərazidən xaric edilməlidir.”
Ermənilərin Dağlıq Qarabağdakı fəaliyyətini qeyri-qanuni adlandıran Pənah Hüseyn bildirib ki, qondarma rejimdə rus dili fitnəsinə uymaq olmaz.
Bizim.Media