Bu gün

Bu gün "Neftçi" "Qarabağ"la üz-üzə gələcək

Hazırda oxunan: Bu gün "Neftçi" "Qarabağ"la üz-üzə gələcək

158835

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb/

Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" 12 xalla beşinci sıradadır.

8 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Kapital Bank Arena”

19:30. “Neftçi”– “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Neftçi Arena”

Qeyd edək ki, IV turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO