“WhatsApp”da yeni FUNKSİYA 

“WhatsApp”da yeni FUNKSİYA 

Hazırda oxunan: “WhatsApp”da yeni FUNKSİYA 

158728

“WhatsApp” tərtibatçıları mesencerdə şifrədən istifadə etməklə söhbətlərin bloklanması funksiyasını tətbiq etmək niyyətindədirlər. 

Bizim.Media xəbər verir ki, “WhatsApp”ın “Android” üçün 2.23.21.8 nömrəli beta versiyasında şifrədən istifadə etməklə mesencerdə çatları bloklamaq mümkün olub.

Üstəlik, smartfonun kilidini açmaq üçün bir cihaz şifrəsi, biometrik məlumat və ya şifrədən fərqli kod istifadə etməklə söhbətlər bloklana bilər. 

Söhbətləri əlavə şifrə ilə qorumaq imkanı, hətta kimsə cihazın ekran kilidi şifrəsini tapsa və smartfona giriş əldə etsə belə, yazışmaların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.
Bundan əlavə, bloklanmış söhbətlər şifrə daxil edərkən açılan ayrıca bölmədə göstərilir. Bu yolla telefon “caniləri”, hətta gizli söhbətlərin siyahısını görə bilməyəcəklər.

Hazırda sözügedən funksiya sınaq mərhələsindədir. Funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO