XİN: 

XİN: "ATƏT sədrinin beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil"

Hazırda oxunan: XİN: "ATƏT sədrinin beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil"

158677

"ATƏT-in son üç onillikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistanın Azərbaycan ərazilərini işğalının nəticələrinin aradan qaldırılması üçün yaradılmış strukturlarından səmərəli istifadədə uğursuzluğa düçar olmasını nəzərə alaraq, bu Təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki cari vəziyyətlə bağlı bəyanatına dair şərhində bildirilib. 

"Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prinsiplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğunu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğunu da bir daha xatırlatmaq istərdik", - deyə şərhdə bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO