Məşhur Hollivud ulduzu kinonu niyə tərk etdi? - SİRR - FOTO

Məşhur Hollivud ulduzu kinonu niyə tərk etdi? - SİRR - FOTO

Hazırda oxunan: Məşhur Hollivud ulduzu kinonu niyə tərk etdi? - SİRR - FOTO

15856

Karyerasına 13 yaşında başlayan Hollivud ulduzu Cessika Alba ilk dəfə kinonu niyə tərk etməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə aktrisa "People" nəşrinə müsahibəsində açıqlama verib.

Aktrisa anasının və ailəsindəki əksər qadınların çox gənc yaşlarda xərçəngdən əziyyət çəkdiyini vurğulayıb.

Hollivud ulduzu bildirib ki, onun özü də uşaqlıqda xroniki allergiya ilə mübarizə aparıb.

"Uşaqlığım xəstəxanalarda keçib. 11 yaşıma qədər 5 dəfə əməliyyat olundum. Ana olduqdan bir müddət sonra anladım ki, dünyaya gətirdiyim bu kiçik adamla yaşamaq, inkişaf etmək və mümkün qədər ona çox vaxt sərf etmək istəyirəm. Mən istəyirdim ki, mənim uşalarım da sağlam olsun.

Xəstə olduğunuz zaman xoşbəxt olmaq çox çətindir. Bu səbəbdən də çəkilişlərdən imtina etdim".

Qeyd edək ki, Keş Uorrenlə ailəli olan Cessika Albanın 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO