“Togg”un yeni modeli bu tarixdə istifadəyə veriləcək

“Togg”un yeni modeli bu tarixdə istifadəyə veriləcək

Hazırda oxunan: “Togg”un yeni modeli bu tarixdə istifadəyə veriləcək

158488

Türkiyənin milli avtomobili olan “Togg”un hazırkı modeli T10X SUV seqmentindədir. Yeni C seqmentli avtomobil üzərində çalışırıq.

Bizim.Media xəbər verir ki, bunu şirkətin baş direktoru Gürcan Karakaş deyib.

O, bu açıqlamanı jurnalistlərə “Togg”un Gemlik fabrikində deyib. 

Şirkət dizaynı 2024-cü ilin sonuna qədər tamamlamağı planlaşdırdıqlarını və avtomobili 2025-ci ildə yola hazır etməyi hədəflədiklərini açıqlayıb.
G.Karakaşın sözlərinə görə, minik avtomobillərində küləyin müqaviməti və gənclərin üstünlükləri nəzərə alınaraq coupe üslubu qəbul edilib və coupe-sedan və ya coupe-cross xətləri ola biləcək yeni model üzərində çalışırlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO