Əsgəran-Xocalı yolu: 31 ildən sonra - VİDEO

Əsgəran-Xocalı yolu: 31 ildən sonra - VİDEO

Hazırda oxunan: Əsgəran-Xocalı yolu: 31 ildən sonra - VİDEO

158336

Əsgəran-Xocalı yolunun 31 ildən sonra görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, bu videonu APA TV-nin operatoru lentə alıb.

Görüntülərdə yol kənarında yerləşən və işğaldan azad edilən yaşayış məskənlərimiz, həmçinin Əsgəran qalası görünür.

Xatırladaq ki, XVIII əsrə aid qala Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində yerləşir.

Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra, daha doğrusu sentyabrın 24-də Azərbaycan Respublikasının nəzarətinə keçib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO