Diana Əhədpur xərçəngə yoluxub - VİDEO

Diana Əhədpur xərçəngə yoluxub - VİDEO

Hazırda oxunan: Diana Əhədpur xərçəngə yoluxub - VİDEO

158313

“Bir neçə ay əvvəl müsahibə verdim. Ondan sonra xərçəng xəstəliyinə yoluxduğum aşkarlandı. Bir post paylaşdım ki, aprelin 30-u Diana ikinci dəfə dünyaya gəldi. Bu tarixi ikinci ad günüm kimi keçirirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş model, dəbdəbəli və bahalı həyat tərzi ilə gündəmdən düşməyən iş xanımı Diana Əhədpur qonaq olduğu “YouTube”da yayımlanan “Meyvəli çay” layihəsində deyib. 

Xərçəngə yoluxduğunu açıqlayan Diana 3 ay İstanbulda müalicə aldığını açıqlayıb: 

“Bunu heç yerdə danışmamışam. Bu haqda isə yalnız ailə üzvlərim və dostlarım bilirdi. Anam belə xərçəngə yoluxduğumu ən sonda öyrəndi. Bunu çox gizlədə bilmədim. Məndə limfoma (limfa düyünlərinin şişi – red.) aşkarlandı. İndi bunları danışmağım mənim vəziyyətimə düşən hansısa bir qıza mənəvi dəstək ola bilər.

Heç bir göstərici yox idi. İldə bir dəfə “check-up” müayinədən keçirəm. Müayinə zamanı xəstəliyim aşkarlandı. Uzun müddət İstanbulda yaşadım, əməliyyat yolu ilə şiş götürüldü, kimyaterapiya aldım. Belə bir deyim var, “Öldürməyən şey səni daha güclü edir”. Anladım ki, həqiqətən də mən güclü insanam. Mən bu xəstəliyi düşüncələrimlə məhv etdim.

Xərçəngi elə qarşıladım ki, sanki “qrip”ə yoluxmuşam. Heç ürəyimə salmadım. Yaxınlarım məndən daha çox ağladılar.  

Həkimlər xərçəng olduğumu deyəndə gözümdən bir damcı yaş düşdü. Düşündüm ki, bu, məndə aşkarlandı, övladım da yox. Əgər övladım da olsaydı, bundan ölərdim. Bilirdim ki, hər şey keçəcək. Və həqiqətən də hər şey bitdi. 3 ay İstanbulda qaldım, həftədə bir dəfə kimyaterapiyaya və radioşüaya gedirdim.

Düşüncəmdən xəstəliyi tamam çıxartdım. Aprelin 30-da yenidən müayinələrin cavabı çıxdı. Xəstəlikdən əsər-əlamət qalmadığı bildirildi. Həkimlər belə təəccüblənmişdi. Mən özüm-özümü düşüncələrimlə müalicə etdim”. 

Əhədpur xəstəliyi müddətində tək qaldığını vurğulayıb: 

“Valideynlərim, həyat yoldaşım buna etiraz etdi. Onlar söylədilər ki, biz səni bu cür təhlükəli xəstəlikdə təkbaşına qoya bilmərik. Söylədim ki, sizin üzülən simanızı görmək məni daha pis edəcək. Belə mənə daha rahat olacaq. Anlayışla qarşılamalarını və məni tək qoymalarını istədim. Hərdən rəfiqələrim yanıma gəlirdi.

Amma çox vaxt tək olurdum. İstəmədim insanların mənə ağlayan, üzgün gözlə baxmasını görüm. Deməzdim ki, xəstə olduğum müddət çətin və mürəkkəb idi. Son analizlərin cavabı tər-təmiz çıxdı. Beləcə mən bu xəstəliyə qalib gəldim. Bu xəstəlik müddətində mən təkbaşına qaldım. Bu yaxınlarım gözüyaşlı baxmasından daha yaxşı idi”. 
Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla evlidir. Hazırda Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yaşayan keçmiş modelin bu nikahdan bir oğlu var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO