Vitali Balasanyan və Kamo Vardanyanın taleyi bu gün məlum olacaq. Eyni zamanda Sarkis Qalstyan adlı erməni Xankəndinə komendant (patrul zabiti) təyin edilib.
Bizim.Media xəbər verir ki, "Hraparak" saytı Xankəndidə hazırda baş verənlərlə bağlı material hazırlayıb.
Məqalədə qeyd edilir ki, Sarkis Qalstyan Qarabağdakı qondarma “Ədalət” fraksiyasının rəhbəri David Qalstyanın əmisi oğludur.
Qarabağdakı qondarma rejimdə "Təhsil Nazirliyi"ndə işləyib və Arayik Arutyunyan "prezident" seçilərkən iki seçki məntəqələrinə rəhbərlik edib.
O, həm də Bako Saakyanın xaç atasıdır.
Erməni mənbələri iddia edir ki, o, yenidən heç bir vəzifəyə təyin olunmayıb. Sentyabrın 28-də yeni "rəhbər" Samvel Şahramanyanın əmri ilə "prezident administrasiyası rəhbəri"nin müavini vəzifəsinə gətirilib. Qordarma rejimin "rəhbərləri" saxlanıldıqdan və bir hissəsi Ermənistana getdikdən sonra vəzifədə qalıb.
Sarkis Qalstyan yaxınlarına bildirib ki, Azərbaycan hökuməti ona heç nə həvalə etməyib, hazırda öz "vəzifəsini" icra edir.
Əvvəllər o, Qarabağı tərk etməyəcəyini bildirmişdi. Həyat yoldaşı ilə birgə indi Xankəndi şəhərindədir.
Mənbə iddia edir ki, hazırda Xankəndidə 500-dən bir qədər çox erməni qalıb.
Bizim.Media