Bakı şəhərinin “3D mobil xəritə” sistemi hazırlanır

Bakı şəhərinin “3D mobil xəritə” sistemi hazırlanır

Hazırda oxunan: Bakı şəhərinin “3D mobil xəritə” sistemi hazırlanır

158113

Bakı şəhərinin 3D xəritəsini çəkirik. Bu, daha dəqiq və müasir mobil xəritə olacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev deyib.

NİİM rəisi bildirib ki, bu gün hamı üçün getdiyi yeri əvvəlcədən görə bilmək, seçim etmək və ora daha tez çatmaq birinci məsələlərdən biridir:

“Vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər. Bununla yanaşı, mobil tətbiqin hazırlanması istiqamətində işlərimiz gedir. Bu sahədə də çalışırıq. Mobil tətbiq vasitəsilə vətəndaşlar yollar barədə məlumat alacaqlar. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq olar kimi məlumatlar veriləcək. Hazırda isə bu cür məlumatları sosial şəbəkələr və media vasitəsilə veririk”.

O, “3D mobil xəritə” sisteminin yollardakı tıxac və sıxlıqlar, həmçinin qəzalar barədə məlumat verən digər mobil tətbiqlərdən üstün cəhətlərini də açıqlayıb:

“Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni, bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik”.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO