BMT: Qarabağda mülki infrastruktura heç bir ziyan dəyməyib

BMT: Qarabağda mülki infrastruktura heç bir ziyan dəyməyib

Hazırda oxunan: BMT: Qarabağda mülki infrastruktura heç bir ziyan dəyməyib

158045

Xəbər verdiyimiz kimi BMT missiyasının Azərbaycanın Qarabağ regionuna səfəri baş tutub. 

Bizim.Media xəbər verir ki, Missiya səfərlə bağlı bəyanat yayıb. 

Bildirilib ki, missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. 

“Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. 
Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır. 

BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib. 

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb. 

BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır”, - deyə bəyanatda qeyd edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO