Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Ü.Səttarova 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr dərəcələrini alıb.
2011-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə dissertantura, 2014-2019-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə birgə təklif etdiyi sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə doktorantura təhsili alıb. 2020-ci ildən Niderland Krallığının Maastrixt Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
Yeni rəhbər 2004-2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, 2014-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018-2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022-2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
O, Mərkəzi və Şərqi Avropa Ölkələrinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) ilk azərbaycanlı üzvüdür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:34 / 02.10.2023
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yeni TƏYİNAT
Hazırda oxunan: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yeni TƏYİNAT
Hazırda oxunan: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yeni TƏYİNAT
158025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.