Varşavada milyondan çox insan küçələrə axışdı - VİDEO

Varşavada milyondan çox insan küçələrə axışdı - VİDEO

Hazırda oxunan: Varşavada milyondan çox insan küçələrə axışdı - VİDEO

157864

Polşanın keçmiş baş naziri Donald Tuskun ən böyük müxalifət partiyası olan “Vətəndaş Platforması”nın təşkilatçılığı ilə Varşavanın mərkəzində kütləvi yürüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

“Bir milyon ürək marşı” ölkədə oktyabrın 15-nə təyin edilmiş növbəti parlament seçkilərinə düz iki həftə qalmış baş tutub.

“Biz şərlə mübarizə aparmaq, bu hökuməti məhkəmə qarşısına çıxarmaq üçün ayağa qalxırıq ki, Polşa bir daha yalandan, nifrətdən və oğurluqdan azad olsun. Bu bizim zamanımızdır”, - Tusk deyib.

Siyasətçi yürüşü “dirçəliş simvolu” adlandırıb.

Tuskun sözlərinə görə, yürüşə 1 milyondan çox iştirakçı qatılıb.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO