Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Ankaradakı terror hücumunu qəti şəkildə pisləyib.
Bizim.Media xəbər verir ki, Türkiyə lideri bildirib ki, terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə DİN-in binası yaxınlığında partlayış: Yaralı var - VİDEO
"Terror təşkilatının siyasətə müdaxiləsinə imkan verməyəcəyik. Polisin vaxtında müdaxiləsi nəticəsində vətəndaşların əmin-amanlığını, təhlükəsizliyini təhdid edənlər öz məqsədlərinə çata bilməyiblər", - Ərdoğan deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Bizim.Media