"Neftçi" hücumçusu Andre Şinyaşiki Premyer Liqanın 9-cu turunun "Qarabağ"la görüşünə qədər tam sağalacaq.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionatının 7-ci turunda "Zirə" ilə görüşdə (1:1) zədələnən və bu səbəbdən dünən "Turan-Tovuz"a qarşı keçirilmiş görüşdə də meydanda olmayan braziliyalının gələn həftədən ümumi qrupda məşqlərə başlayacağı gözlənilir.
"Neftçi" - "Qarabağ" qarşılaşması oktyabrın 8-də "Neftçi Arena" stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:40 / 01.10.2023
“Neftçi”nin legioneri “Qarabağ”a qarşı oynayacaq
Hazırda oxunan: “Neftçi”nin legioneri “Qarabağ”a qarşı oynayacaq
Hazırda oxunan: “Neftçi”nin legioneri “Qarabağ”a qarşı oynayacaq
157806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.