Zəngilan şəhərində “taunhaus” tipli evlər OLACAQ

Zəngilan şəhərində “taunhaus” tipli evlər OLACAQ

Hazırda oxunan: Zəngilan şəhərində “taunhaus” tipli evlər OLACAQ

157721

Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu 2-ci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub.

Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

“Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO