Premyer Liqa: “Neftçi” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə üz-üzə gələcək

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə üz-üzə gələcək

Hazırda oxunan: Premyer Liqa: “Neftçi” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə üz-üzə gələcək

157659

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Bölgə təmsilçisi 11 xalla dördüncü, “ağ-qaralar” doqquz xalla altıncı pillədə qərarlaşıblar.

Günün digər görüşündə “Sabah” səfərdə “Səbail”lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadırlar.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” - “Neftçi”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tovuz şəhər stadionu

18:00. “Səbail” - “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” - “Qəbələ” və “Araz-Naxçıvan” - “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO