Aydın Mirzəzadə:

Aydın Mirzəzadə: "Qənirə Paşayevanın dərman içdiyini görməmişəm" – ÖZƏL 

Hazırda oxunan: Aydın Mirzəzadə: "Qənirə Paşayevanın dərman içdiyini görməmişəm" – ÖZƏL 

157524

"Qənirə xanım çox parlaq bir insan idi. O, ölümü ilə bu qədər insanın öz adının işığına toplaya bildi. O, qısa bir həyatda bir neçə həyat yaşadı. Qənirə xanım çox qabiliyyətli jurnalist, siyasətçi, beynəlxalq münasibətlər üzrə insan hüquqlarının müdafiəçisi idi. Hətta deyərdim ki, elə bir sahə yox idi ki, Qənirə xanım onu bilməsin". 

Bu sözləri millət vəkili Aydin Mirzəzadə həmkarı Qənirə Paşayevanın dəfn mərasimində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bahar Muradova: "Qənirə xanımın gözümüzün önündə əriməyini qəbul etmək çətindir" – ÖZƏL 


A.Mirzəzadə mərhumla bağlı xatirələrini bu cür ifadə edib: 

"Qənirə xanım həddən artıq vətənpərvər insan idi. Tez-tez hərbi hissələrə gedirdi, səngərlərdə əsgərlərlə görüşürdü. Onları dinləyirdi. İstənilən bir vətəndaş onun mobil telefonuna zəng vura və dərdini deyə bilirdi. Münasibətdə də həddən artıq səmimi, təvazökar, sadə idi. Hamının sevimlisi idi. Biz böyük itkiyə məruz qaldıq. Qənirə Paşayeva boşluğu yarandı. Bu boşluğu isə doldurmaq qeyri-mümkün olacaq. O hər zaman xatirimizdə olacaq. Çox heyiflər olsun". 

Deputat Q.Paşayeva ilə tez-tez parlamentdə görüşüb, söhbət etdiyini vurğulayıb: 

"Qənirə xanımla daha çox parlamentdə rastlaşıb, salamlaşırdıq. Hansısa məsələlər üzrə bəzən o və ya mən zəng edirdim. Əslində mən onunla hər gün görüşüb, danışırdım. Çıxışlarına isə televiziyadan baxırdım". 

Aydın Mirzəzadə Qənirə Paşayevanın xəstə olduğu haqda məlumatsız olduğunu bildirib: 

"Qənirə xanım heç zaman xəstəlik barəsində danışmırdı. Onun hansısa xəstəliyinin olmasını eşitməmişdim. Heç zaman dərman içdiyini görməmişdim. Narahatlıq çəkdiyini də görməmişdim. Sanki Qənirə xanım günün 24 saatı çalışırdı. Tükənməz bir enerjisi vardı. Ona görə xəstələnməsi və dünyadan köçməsi hamımızı şoka saldı. Allah rəhmət eləsin". 

Qeyd edək ki, Q.Paşayeva ötən axşam 48 yaşında müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO