USAİD-in nümayəndələri Balakəndə - FOTO 

USAİD-in nümayəndələri Balakəndə - FOTO 

Hazırda oxunan: USAİD-in nümayəndələri Balakəndə - FOTO 

157333

Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiya direktoru Maykl Nirbass təşkilatın məsul işçiləri ilə birlikdə Balakən rayonunun Qaysa kəndində fəaliyyət göstərən NOVRUZ Qadın Kooperativinin qonağı olub. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna kooperativdən məlumat verilib. 

Qeyd olunub ki, səfərin məqsədi 2021-ci ildə USAİD özəl sektorun inkişafı layihəsinin dəstəyi ilə həyata keçirilən

“İstixana Layihəsinin” monitorinqi olub. Görüş zamanı qadın kooperativinin üzvləri bildiriblər ki, sahəsi 1000 kvm olan istixanada xiyar və pomidor məhsulları becərilir. Tərəvəzçilər 2022-ci ildə 16,5 ton, cari ildə isə 11,2 ton məhsul becərib.
Hal-hazırda pomidor yığımı davam edir. Qrup üzvü, şəhid Heybulla Əsdiyevin anası Nəzakət xanım Əsdiyeva qadın kooperativinin nəzdində fəaliyyət göstərən NOVRUZ Şirniyyat Evinin məhsulları barədə də qonaqlara məlumat verəndən sonra elə istixananın həyətində qonaqlara çay süfrəsi açılıb. 


Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO