ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez və həyat yoldaşı məhkəmə zalında girov müqabilində sərbəst buraxılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nyu-York məhkəməsi onların pasportlarını müsadirə edib. Menendez üçün girov 100 min dollar, həyat yoldaşı üçün isə 250 min dollardır.
Xatırladaq ki, B.Menendez pul və qızıl külçələr şəklində rüşvət almaqda ittiham edilir.
Bizim.Media