Allahşükür Paşazadə:

Allahşükür Paşazadə: "II Qareginlə görüşməyimiz mümkün deyil"

Hazırda oxunan: Allahşükür Paşazadə: "II Qareginlə görüşməyimiz mümkün deyil"

157266

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb.

Bizim.Media xəbər verir ki, o, ermənilərin katolikosu II Qareginlə görüşün hələlik mümkün olmadığını bildirib.

“Ermənistan dini lideri ilə görüşüb-görüşməyəcəyimiz bəlli deyil. Biz həmişə Rusiyanın Patriarxı Kirill vasitəsilə görüşmüşük. Ancaq Ermənistan dini liderinin revanşizm siyasəti, erməniləri qarşıdurmaya çağırışına görə hələlik görüşümüz mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan vermir”, - Allahşükür Paşazadə vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO