Türk Dövlətləri Təşkilatı Anım Günü ilə bağlı paylaşım etdi

Türk Dövlətləri Təşkilatı Anım Günü ilə bağlı paylaşım etdi

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı Anım Günü ilə bağlı paylaşım etdi

157170

Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü üçün canlarını fəda edən şəhidləri 27 Sentyabr - Anım Günü səbəbilə vətənlərinə tərəddüdsüz bir sədaqətlə xidmət edən bütün şəhid və qazilərə ən dərin ehtiramımızı və qəlbdən şükranlarımızı bildiririk”.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO