Amerika Birləşmiş Ştatlarının (ABŞ) Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Bennu asteroidindən götürülmüş nümunələrin Yerə çatdırılması missiyasının uğurla başa çatdığını elan edib.
Bu barədə Bizim.Media-ya Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Missiya çərçivəsində nəhəng kosmik qayadan götürülən nümunələr kapsula yerləşdirilib. Kapsul OSIRIS-REx avtomatik stansiyasından uğurla ayrılaraq sentyabrın 24-də Kaliforniya istiqamətindən Yer atmosferinə daxil olub və ABŞ-nin Yuta ştatında səhraya uğurla eniş edib.
Sonra nümunələr araşdırma üçün mütəxəssislər tərəfindən götürülüb və helikopterlə ABŞ Müdafiə Nazirliyinin ən yaxın sınaq poliqonuna aparılıb.
Kapsul daha sonra Hyustondakı NASA Kosmik Mərkəzinə göndəriləcək və kosmik mərkəzdə dünyanın müxtəlif ölkələrindən olan alimlər gətirilən nümunələri tədqiq edəcəklər.
Qeyd edək ki, Bennu asteroidindən götürülən nümunələrin Yerə çatdırılması missiyası 2016-cı ildə başlayıb. OSIRIS-REx stansiyası 31 dekabr 2018-ci ildə asteroidə çatıb və 2020-ci ildə süxurlar toplanaraq geriyə - Yerə uçuş başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 27.09.2023
Bennu asteroidinin nümunələri Yerə gətirildi - FOTO
Hazırda oxunan: Bennu asteroidinin nümunələri Yerə gətirildi - FOTO
Hazırda oxunan: Bennu asteroidinin nümunələri Yerə gətirildi - FOTO
157153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.