Xankəndi şəhərinə yanğınsöndürmə briqadası göndərildi - FOTO

Xankəndi şəhərinə yanğınsöndürmə briqadası göndərildi - FOTO

Hazırda oxunan: Xankəndi şəhərinə yanğınsöndürmə briqadası göndərildi - FOTO

157091

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

Hazırda ərazidə yanğın davam edir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

"Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq", - məlumatda vurğulanıb.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO