Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar həkim briqadaları yaradılacaq

Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar həkim briqadaları yaradılacaq

Hazırda oxunan: Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar həkim briqadaları yaradılacaq

156931

Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadaları yaradıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Bildirilib ki, görüşdə xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.
Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO