Klarnet ifaçısı Hüseyn vəfat edən Emil Rəhmanoğlunun mesajlarını YAYDI – VİDEO  

Klarnet ifaçısı Hüseyn vəfat edən Emil Rəhmanoğlunun mesajlarını YAYDI – VİDEO  

Hazırda oxunan: Klarnet ifaçısı Hüseyn vəfat edən Emil Rəhmanoğlunun mesajlarını YAYDI – VİDEO  

156603

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qəfil dünyasını dəyişən müğənni Emil Rəhmanoğlu ilə bağlı diqqət çəkən paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi mərhumla mesajlaşmasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Sözügedən görüntülərdə səsli mesaj vasitəsi ilə pis vərdişlərindən müalicə olunaraq sağaldığını söyləyən Emil onun səhhəti ilə maraqlanan Hüseynə təşəkkürünü bildirib.  

Məhəmmədoğlu isə Emilin vəfatına “Kaş doğurdan da sağlam olardın… Allah sənə rəhmət eləsin” sözlərini dilə gətirib.  

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu sentyabrın 19-da səhər saatlarında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qəfil dünyasını dəyişib. Müğənnin ölümünə səbəbi damar tıxanıqlığı və böyrəklərindəki problemlər olub.

Emil 19 il əvvəl dünyasını dəyişən qardaşı İlham Rəhmanoğlunun yanında Biləcəri ərazisində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO