Oğurluğa görə tutulan keçmiş məhkumun daha bir cinayətinin üstü AÇILDI - FOTO

Oğurluğa görə tutulan keçmiş məhkumun daha bir cinayətinin üstü AÇILDI - FOTO

Hazırda oxunan: Oğurluğa görə tutulan keçmiş məhkumun daha bir cinayətinin üstü AÇILDI - FOTO

156494

Saatlıda evdən oğurluq edən şəxs tutulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sentyabrın 2-də gecə saatlarında Saatlı rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2150 manat pul və bank kartları ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev saxlanılıb. 

Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib. 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb. 
Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də,110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub. 

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı maraşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO