“Moskva Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Qarabağdakı son vəziyyətlə bağlı müzakirələrində Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
O qeyd edib ki, hər iki tərəf üçün mütləq prioritet hərbi əməliyyatların qarşısının alınmasıdır:
“Rusiya bölgədə normallaşma prosesinin təmin olunmasında yaxından iştirak edir və tərəflər arasında diplomatik danışıqların təmin olunmasına çalışır”.
Bizim.Media