Erməni nazir Sergey Şoyquya zəng etdi – Zəngəzur mahalı haqda danışdılar

Erməni nazir Sergey Şoyquya zəng etdi – Zəngəzur mahalı haqda danışdılar

Hazırda oxunan: Erməni nazir Sergey Şoyquya zəng etdi – Zəngəzur mahalı haqda danışdılar

15636

Ermənistan və Rusiya müdafiə nazirliklərinin rəhbərləri Vaqarşak Arutyunyan və Sergey Şoyqu çərşənbə axşamı günü telefon danışıqlarında Ermənistanın Zəngəzur mahalında (Sünik vilayəti) həyata keçirilən təhlükəsizlik tədbirlərini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ ətrafında yeni oyunçular peyda olmaqdadır” - Sergey Şoyqu


Ermənistan ordusunda aparılan genişmiqyaslı islahatların əsas istiqamətləri, Ermənistan-Rusiya əməkdaşlığı, xüsusən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası tərəflər arasında əsas müzakirə predmeti olub.

Vaqarşak Arutyunyan və Sergey Şoyqu bölgədəki hərbi-siyasi vəziyyətdən də söz açıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO