Yevlaxda hansı məsələlər müzakirə edilib? - Elçin Əmirbəyovdan AÇIQLAMA

Yevlaxda hansı məsələlər müzakirə edilib? - Elçin Əmirbəyovdan AÇIQLAMA

Hazırda oxunan: Yevlaxda hansı məsələlər müzakirə edilib? - Elçin Əmirbəyovdan AÇIQLAMA

156339

Yevlaxda keçirilən görüşdə Qarabağ ermənilərinin reinteqrasiyasının formatları müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.Onun sözlərinə görə, bütün məsələləri və problemləri bir görüşdə həll etmək olmaz.

O, həmçinin vurğulayıb ki, Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir:

"Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklər davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb.

Ölkələr arasında sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq, xüsusən də hər iki ölkə bir-birinin daxili işinə qarışmayacaq”, - deyə Elçin Əmirbəyov bildirib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO