Ucarda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Ucarda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Ucarda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

156334

Xəbər verildiyi kimi iyunun 3-də Ucar rayon sakinləri 1995-ci il təvəllüdlü Könül Əliyevanın öldürülməsi, 1996-cı il təvəllüdlü Rüfət İlyaszadəyə isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ucar rayon prokurorluğu yayıb.
İstintaqla 1988-ci il təvəllüdlü Anar Əliyevin rayon ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində şəxsi münasibətlər zəminində tanışı Rüfət İlyaszadəyə bıçaqla xəsarətlər yetirməklə öldürməyə cəhd etməsi, daha sonra arvadı Könül Əliyevaya həmin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Anar Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO