Hulusi Kılıç: “Yevlax görüşü ermənilər üçün tarixi şansdır” – EKSKLÜZİV

Hulusi Kılıç: “Yevlax görüşü ermənilər üçün tarixi şansdır” – EKSKLÜZİV

Hazırda oxunan: Hulusi Kılıç: “Yevlax görüşü ermənilər üçün tarixi şansdır” – EKSKLÜZİV

156317

“Az əvvəl başa çatan Yevlax görüşü Qarabağ ermənilərin gələcəyi baxımından həm çox mühümdür, həm də bir şansdır. Onlar bu şansı dəyərləndirsinlər. Əgər ağıllarını başlarına yığsalar, Qarabağda sülh şəraitində və dinc şəkildə yaşayacaqlar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç səsləndirib. O, görüşlə bağlı bəzi gözləntilərinin olduğunu da diqqətə çatdırıb.

Müshibimiz qeyd edib ki, əsas gözləntilər, erməni sakinlərin Azərbaycan qanunları çərçivəsində yaşamalarına razı olmaları və bundan sonra terror yuvalarının oyuncağına çevrilməmələri ilə bağlıdır:

“Azərbaycanda yaşayan etnik azlıqların dövlətlə heç bir problemi yoxdur. Qarabağ ermənilərinin də Azərbaycan xalqına reinteqrasiya olunması artıq labüddür. Ona görə ki, hazırda yaşadıqları ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və bunu daim xatırlasınlar.
Bundan sonra tam əminliklə bilməlidirlər ki, heç bir xarici güc onlara kömək edə bilməz. Bunu sentyabr 19-da başlayan və 24 saat davam edən antiterror tədbirlərinin gedişində də açıq şəkildə gördülər.

Bu tədbirlər Azərbaycan sərhədləri daxilində aparıldı və terror ünsürlərinin bütün mövqeləri, məntəqələri 24 saat ərzində məhv edildi”.
 

Keçmiş səfir vurğulayıb ki, əgər bundan sonra da terrorçularla əməkdaşlığa davam edərlərsə, “Dəmir Yumruq” daim başları üzərində olacaq:

“Hər hansısa səhv hərəkətləri müqabilində qalxan başlarının bu yumruqla əziləcəyini bilsinlər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO