“İllər əvvəl Fikrət Əhmədov adlı bir şəxs Mərkəzi Komitədə incəsənət nümayəndələrinə nəzarət edirdi. Hətta Mədəniyyət naziri belə onun nəzarətində idi. Günlərin bir günü bəstəkar Faiq Sücəddinovla onun evinə getdik. Onun gənc qızı Mehriban Əhmədova “Ay gözümün nuru anam” adlı mahnını bəstələmişdi.
Faiq müəllim məni müşayiət etdi. Fikrət bəy oxumağıma qulaq asandan sonra dedi ki, çox təsirləndim. Söylədi ki, birdən qarşını kəsən, sataşan olsa, mənə mütləq de. Bəzi vəzifədə oturan şərəfsiz insanlar bizim gənclərimizi qarşısını alırlar. O dəqiqə ya qızım Mehribana, ya da kı Faiq Sücəddinova de, mənə çatdırsın. Sənin qarşını kəsən insanın qulağını buraram.
Qarşımı kəsən insanlar oldu. Amma mən Fikrət bəyə demədim. O cox zəhmli bir insan idi. Belə insanlarımız da olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Gül kimi şou” verilişində deyib.
Sovet vaxtında bəstəkar Rafiq Babayev tərəfindən Azərbaycan Televiziyasına (AzTV) solist kimi işə götürüldüyünü söyləyən sənətçi bildirib ki, müəyyən insanlar tərəfindən çalışdığı televiziyadan uzaqlaşdırılmışdı:
“Qarşımı kəsmək istəyən insanlar olub. O zamanlar bəstəkar Rafiq Babayev mənə atalıq, qardaşlıq edib. Bəzi şeyləri Rafiq müəllimə deməyə utanmışam kı, mənə nələrsə söylədilər və ya evimizə zəng gəldi... Amma zaman tapıb bunlar az da olsa Rafiq müəllimə sızdırırdım. 1986-cı ildə universitetdə oxuduğum illərdə Rafiq Babayev məni Azərbaycan Televiziyasına solist götüzdürdü. Söylədi ki, bizim Brilliant Dadaşova kimi gənclərə ehtiyacımız var.
Onun adını afişalara vururuq. Brilliantı AzTV-yə işə götürməliyik ki, universitetə getməyəndə biz ona buradan sənəd verə bilək ki, konsertdə idi. Mən hələ birinci kursu bitirməmiş AzTV-nin solisti idim. Çox gözəl günlər idi... Mənim üçün böyük şərəf idi. Şövkət Ələkbərovanın, Rəşid Behbudovun solist olduğu məkanda mən solist oldum.
Sonra “cəbhə” gəlib məni AzTV-dən işdən çıxartdı. Mübariz mahnılarını mən ifa etmişdim. 1988-ci ildə “Haydı-haydı igidlərim birləşin” mahnısını oxumuşdum. O zamanlar AzTV-nin rəhbərliyi mənə bu mahnını oxumağıma görə, töhmət verdi. Dedilər ki, bir daha belə şeylər təkrar olmasın”.
Dadaşovanın sözlərinə görə, ulu öndər Heydər Əliyev Azərbaycana başçılıq edəndən sonra onun qərarı ilə müğənni yenidən AzTV-də solist kimi çalışmağa başlayıb:
“Amma Uldu Öndərimiz gələndən sonra AzTV-ni Babək adlı şəxs idarə edirdi. O zəng etdi mənə dedi ki, Heydər Əliyev söyləyib ki, kim işdən çıxarılıbsa hamı yenidən işə qaytarılır. Beləcə mən yenidən AzTV-yə solist kimi qayıtdım. İki il işləmədim. İndi isə heç bilmirəm haranın solistiyəm”.
- A-
- A
- A+
Şoutaym
10:09 / 21.09.2023
Brilliant Dadaşova: “Həmin şəxs mənə dedi ki, sənin qarşını kəsənin qulağını buraram” - VİDEO
Hazırda oxunan: Brilliant Dadaşova: “Həmin şəxs mənə dedi ki, sənin qarşını kəsənin qulağını buraram” - VİDEO
Hazırda oxunan: Brilliant Dadaşova: “Həmin şəxs mənə dedi ki, sənin qarşını kəsənin qulağını buraram” - VİDEO
156265
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.