Qazaxıstan Azərbaycanın suverenliyini DƏSTƏKLƏYİR 

Qazaxıstan Azərbaycanın suverenliyini DƏSTƏKLƏYİR 

Hazırda oxunan: Qazaxıstan Azərbaycanın suverenliyini DƏSTƏKLƏYİR 

156155

"Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir. Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq". 

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib. 

Diplomat yaranan vəziyyətin tezliklə sülh yolu və dialoq vasitəsilə həllinə ümid bəslədiklərini diqqətə çatdırıb: 

"Yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edirik. Əminik ki, Cənubi Qafqazda sülh atmosferinin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir", - A.Bayel vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO