Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşlarından biri əslən Şamaxının Qəleybuğurd kəndindən olan 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu Şamaxının Qəleybuğurd kəndində dəfn olundu.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, dəfn mərasimində DİN-in yüksək rütbəli zabitləri, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərhumun tabutuna bükülmüş üç rəngli Azərbaycan bayrağını general-mayor Zaur Abdullayev mərhumun atası Fəqan Abdullayevə təqdim edib.
Polis əməkdaşı Seyfi Abdullayev babası Seyfi Seyfulla oğlu Abdullayevin yanında dəfn olunub.
Qeyd edək ki, ötən gün Füzuli rayon ərazisində baş verən ağır yol qəzsında dünyasını dəyişən 29 yaşlı Seyfi Fəqan oğlu Abdullayev 6 ilə yaxın idi ki, polis orqanlarında çalışırdı.
Ailə üzvlərinin verdiyi məlumata görə, Seyfi nişanlı idi və eyni zamanda sentyabrın 22-də onun doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 20.09.2023
Füzulidə həlak olan polis əməkdaşı Şamaxıda dəfn olundu - İki gün sonra nişanı olacaqdı - FOTO
Hazırda oxunan: Füzulidə həlak olan polis əməkdaşı Şamaxıda dəfn olundu - İki gün sonra nişanı olacaqdı - FOTO
Hazırda oxunan: Füzulidə həlak olan polis əməkdaşı Şamaxıda dəfn olundu - İki gün sonra nişanı olacaqdı - FOTO
156138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.