Sergey Markov: “Ermənistan antiterror tədbirlərinə qarışsa, məhv olacaq”

Sergey Markov: “Ermənistan antiterror tədbirlərinə qarışsa, məhv olacaq”

Hazırda oxunan: Sergey Markov: “Ermənistan antiterror tədbirlərinə qarışsa, məhv olacaq”

156124

“Mən düşünürəm ki, Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan üçün uğurlu olacaq. Çünki Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. İkinci Qarabağ Müharibəsində də göründü ki, Azərbaycan ordusu Ermənistan ordusundan dəfələrlə güclüdür”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gia Xuxaşvili: “Antiterror tədbirləri bitdikdən sonra Qərb də sakitləşəcək” – ÖZƏL  


Azərbaycanın hərbi, siyasi, iqtisadi baxımdan üstünülüyünə diqqət çəkən Markov, Qarabağa tam nəzarətin Azərbaycana keçəcəyinə əminlik ifadə edib. 

“Azərbaycan iqtisadi baxımdan Ermənistandan irəlidədir. Həmçinin demoqrafik baxımdan, hərbi ruh belə onlardan qat-qat üstündür. Azərbaycan diplomatik baxımdan da güclüdür, hansı ki, bir çox dünya dövlətləri də Qarabağın Azərbaycanın tərkib bir hissəsi olduğunu təsdiqləyir. Həmçinin Azərbaycan tərəfində mənəvi güc də daha çoxdur.  

Ermənistan dəfələrlə əldə olunmuş razılaşmaları pozurdu. Hazırda Azərbaycan Qarabağda olan erməni yaraqlılarına qarşı döyüşür. Bilirik ki, razılaşmalara əsasən onlar orada olmalı deyildi.

Son zamanlarada isə onlar istər hərbi, istərsə də mülki vətəndaşlara qarşı mina terrorunu həyata keçirirdilər. Bütün bunlar antiterror tədbirlərinin başlamasına gətirib çıxardı”, - deyə Markov bildirib.  

Ermənistanın haqsız siyasəti səbəbindən hazırda tək qaldığını bildirən politoloq, İrəvanın Rusiyadan üz döndərməyin nəticələrini yaşadığını qeyd edib: 

“Açıq aydın görünür ki, Azərbaycan qalib gələcək. Bəs Ermənistan ora öz silahlı qüvvələrini göndərəcəkmi? Bunu hələ ki, demək mümkün deyil. Məncə Ermənistan Qarabağa heç bir nəfər də silahlı göndərə bilməz.

Çünki Azərbaycan öz torpaqlarını əminliklə qoruyur. Azərbaycan buna qarşı layiqli cavab verər və Ermənistan daha da böyük itkilərinin olmasını istəməz.  

Ermənistanın diplomatik uğursuzluğu isə ondan ibarətdir ki, onlar illərdir xilaskarları olan dövlətlə, Rusiya ilə dalaşıblar. İrəvan son dövrlərdə Rusiyadan üz çevirərək onun düşmənləri ilə tərəfdaşlıq etməyə başladı. Buna Avropa İttifaqının, Fransanın, Amerika silahlılarının Ermənistanda olmasını misal göstərmək olar”, - S.Markov əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO