Xəbər verdiyimiz kimi, ötən axşam müğənni Səidə Sultanın toyu baş tutub.
Bizim.Media xəbər verir ki, sənətçinin toydan əvvəl görüntülərini həmkarı və yaxın dostu Kərim Abbasov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Abbasov Sultanın evinə gedərək, onu təbrik edib.
Başına fata taxan Səidə Kərimlə görüşdüyü an bu sözləri dilə gətirib:
"Gəlin bacı hələ hazır deyil. İki dəqiqəyə gəlinliyimi geyinib toya gedəcəyəm".
Kərim isə Səidəyə "Bu gün sənin günündür. Bu gün partlatmalıyıq. Allah səni xoşbəxt eləsin" kəlmələri ilə qarşılıq verib.
Saat 19:30-20:00 radələrində Səidə məclisə daxil olub. Müğənninin toyuna qadın həmkarları axın edib. Onlar gecə boyunca həm ifaları, həm də rəqsləri ilə məclisi coşdurublar.
Səidənin bir zamanlar küsülü olduğu həmkarları Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi də məclisdə iştirak edib.
Üç sənətçi öz aralarında səmimi şəkildə görüşərək, aralarında heç bir incikliyin olmadığını söyləyiblər.
Qeyd edək ki, Səidə Sultanın toyunda kişilər iştirak etməyib. Çünki məclis sırf qadınlardan ibarət olub.
Rəşad Əliyev, Bizim.Media