“İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - deyə bəyanatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:25 / 19.09.2023
Türkiyə XİN: Azərbaycan öz suveren ərazisində zəruri tədbirləri görməli oldu
Hazırda oxunan: Türkiyə XİN: Azərbaycan öz suveren ərazisində zəruri tədbirləri görməli oldu
Hazırda oxunan: Türkiyə XİN: Azərbaycan öz suveren ərazisində zəruri tədbirləri görməli oldu
156013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.