İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-yorka səfər edib.
Bizim.Media xəbər verir ki, Baş nazir ilk olaraq “Tesla” və “Space X” şirkətinin sahibi İlon Maskla görüşüb.
Görüşün detalları barədə məlumat verilməsə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra İsrail liderinin İlon Maskla görüşü diqqətlərdən yayınmayıb.
Bizim.Media