Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (11-17 sentyabr) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.
Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.
Bizim.Media