Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı

Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı

Hazırda oxunan: Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlandı

155659

Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına keçirilən seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərin müşahidəsinin aralıq nəticələrini təqdim edib.

O, qeyd edib ki, əsasən hakim “Vətəndaş müqaviləsi” Partiyası tərəfindən törədilən 48 qanun pozuntusu qeydə alınıb.

“Bir çox yerlərdə səsləri toplayan, seçicilərə zəng edərək məntəqəyə çağıran “sahibkarların” fəallığını görürük. Bu, əsasən, “Vətəndaş  müqaviləsi” tərəfindən geniş yayılıb. Elə yerlər var ki, bu işi koordinasiya edən kriminal avtoritetlər dairəsindən olan şəxsləri müşahidə etdik.

Məsələn, Kanaker-Zeytun inzibati rayonunda kriminal avtoritetlərlə əlaqəsi olan konkret şəxsin məntəqədən məntəqəyə getdiyini, hər bir məntəqədə və ya ondan kənarda “Vətəndaş müqaviləsi”nin nümayəndələri ilə görüşdüyünü qeyd edirlər”, - İoannisyan bildirib.

Qeyd edək ki, Ermənistan Prokurorluğu seçkiöncəsi dövr ərzində təşviqat kampaniyası zamanı qanun pozuntuları ilə bağlı 17 nəşri, məlumatı və bəyanatı araşdırıb.

Bunu Ermənistan Mərkəzi Seçki Komissiyasında keçirdiyi brifinqdə Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin şöbə rəhbəri Edqar Arsenyan avqustun 23-dən 15 sentyabra qədər olan dövr üçün məlumatları təqdim edərkən deyib.

On yeddi məlumat və bəyanatların 7-si baxılması üçün polisə göndərilib. Yeddi işdən 5-i rüşvət alma və ya mitinqdə iştiraka məcbur etmə (və ya bundan imtina etmə), biri seçkiqabağı dövrdə siyasi partiyalar tərəfindən xeyriyyəçilik fəaliyyəti ilə bağlı qadağanın pozulması və s. pozuntularla bağlı olub.

Bundan başqa, xeyriyyəçiliklə bağlı qadağanın pozulması ilə bağlı daha iki bəyanat Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.

Bu gün seçkilər başlayandan saat 14:00-dək 4 ərizəyə baxılıb, onlardan biri təkrar səsvermə cəhdi ilə bağlı olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO