Futbolçumuz Türkiyə klubuna qələbə qazandırdı - VİDEO

Futbolçumuz Türkiyə klubuna qələbə qazandırdı - VİDEO

Hazırda oxunan: Futbolçumuz Türkiyə klubuna qələbə qazandırdı - VİDEO

155653

Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Adanaspor”la qarşılaşıb və 2:1 hesablı əzmkar qələbəyə sevinib. 

90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO