“Şou-biznesdən tanışları görəndə utanırdım” – Teleaparıcı etiraf etdi - VİDEO

“Şou-biznesdən tanışları görəndə utanırdım” – Teleaparıcı etiraf etdi - VİDEO

Hazırda oxunan: “Şou-biznesdən tanışları görəndə utanırdım” – Teleaparıcı etiraf etdi - VİDEO

15557

Teleaparıcı Lətafət Ələkbərova uğursuz ailə həyatından sonra çətin günlər yaşadığını, mağazada satıcı işlədiyini deyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə ARB kanalında yayımlanan “Onun sirri” verilişində söz açıb.

“Qızım bir yaşında idi. İşdən uzaqlaşmışdım, heç yerdə işə qəbul oluna bilmirdim. Qara bir xəttə düşmüşdüm.

Neynirdim, işlərim getmirdi. Çox çətinlik çəkirdim, hətta uşağa qida, süd ala bilmirdim. İşımızı kəsirdilər, susuz qalırdıq. Düzdür, ailəm cüzi dəstək ola bilirdi. Mən ətrafa özümü yazıq kimi göstərə bilməmişəm. Bir neçə dostum kömək edirdi, ancaq insanın özü də qazanmalı idi.

O dövrdə banklara da borcum var idi. Bir avtomobilim var idi. Məcbur olaraq satdım, bir hissəsi ilə borclarımı qaytardım, bir hissəsi ilə ticarətlə məşğul oldum.

O vaxt heç bir telekanalda iş tapa bilmirdim, iki il çox əziyyət çəkdim. Uşağım da körpə idi, yemək, geyinmək istəyirdi.

Ticarət mərkəzlərinin birində kirayə mağaza götürüb alt geyimləri satmağa başladım. O zaman taksiyə verəcəyim pulu da yığırdım. Bir ticarət obyektindən mal alıb həmin mağazada satırdım, xaricə getməyə imkanım yox idi. Hər gün uşağı da, yeməyini də götürüb mağazaya gəlirdim, satıcıya nəzarət edirdim, çünki mən olmasaydım, iş getmirdi.

Orada şou-biznesdən olan tanış şəxslər var idi. Onları görəndə utanırdım. Çünki mən 2000-ci ilin əvvəllərində ulduz olmuşdum, böyük layihələrim olmuşdu.

O layihələrdən sonra uğursuz ailə həyatımın ardınca çox böyük bir eniş yaşadım, sıfıra düşdüm. Bax, o dönəmdə mən ticarətlə məşğul oldum”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO