Qarşıdan gələn 18 sentyabr Milli Musiqi günü münasibəti ilə Qaxın Ləkit kəndində Ləkit kənd Diyarşünaslıq evinin əməkdaşı, bəstəkar Xuraman Camalın təşkil etdiyi ədəbi-bədii məclisdə kənd ziyalıları, yerli bələdiyyə və icra orqanlarının əməkdaşları, eləcə də mədəniyyət xadimləri iştirak edib.
Bizim.Media xəbər verir ki, məclisdə dahi bəstəkar Üzeyr Hacıbəyovun əsərlərini səsləndirən bəstəkar Xuraman Camalın ifası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, sentyabrın 18-də dahi Üzeyr Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi keçirilir.
Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub.
Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavrayan, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaradan böyük bəstəkar ömrünün təqribən 45 ilini bu işə həsr edib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 17.09.2023
Qaxda Milli Musiqi günü belə qeyd edildi - FOTO
Hazırda oxunan: Qaxda Milli Musiqi günü belə qeyd edildi - FOTO
Hazırda oxunan: Qaxda Milli Musiqi günü belə qeyd edildi - FOTO
155568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.