Bakı və Cəlilabadda yanğın oldu

Bakı və Cəlilabadda yanğın oldu

Hazırda oxunan: Bakı və Cəlilabadda yanğın oldu

155562

Bakı şəhərində və Cəlilabad rayonunda yanğın olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, paytaxtın Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtada quraşdırılan 6 ədəd su sayğacı və plastik kommunikasiya xətləri 21 p.m yanıb, yüksək temperaturdan mənzillərin 6 ədəd plastikdən ibarət şaxta qapıları deformasiyaya uğrayıb.
Cəlilabad rayonunun Göytəpə şəhərində isə ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO