Xaçmazda dağılan körpü ilə bağlı əlavə alternativ yol AÇILDI - FOTO

Xaçmazda dağılan körpü ilə bağlı əlavə alternativ yol AÇILDI - FOTO

Hazırda oxunan: Xaçmazda dağılan körpü ilə bağlı əlavə alternativ yol AÇILDI - FOTO

155440

Ötən gün səhər Xaçmaz şəhərindən keçən Qudyalçayın üzərindəki körpünün uçması nəticəsində yol bağlandığı baradə məlumat vermişdik. Bu səbəbdən nəqliyyat vasitələri Xaçmazın Qımılqışlaq və Armudpadar kəndlərindən keçməklə Bakı, həmçinin Xudat -Nabran-Yalama və Rusiya sərhədinə hərəkət edirlər.  

Bizim.Media xəbər verir ki, alternativ yolda əsaslı təmir işləri aparılır.  Xaçmaz İH başçısının birinci müavini, rayon FHK-nın sədri Anar Orucludan əldə etdiyimiz məlumata görə, alternativ yol Xanarxı kanalı çəkilərkən kanal qırağı inşa edilən yoldur.

İşlək olmayan yol gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti üçün tam hazırlanıb,  genişlənərək, çınqıl döşənib və hazırda Qımılqışlaq kənd yolunda asfalt olan hissələrin yenilənməsi işləri davam etdirilir. Verilən məlumata görə, alternativ yeni yol gecə saatlarında istifadəyə verilib.  
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun tapşırığına əsasən yolun təmirində 10 texnika cəlb olunub. Hazırda uçan Qudyalçay körpüsündə söküntü işləri davam edir və 2 gün ərzində sökülmə işləri tamamlanacaq. Dərhal sonra yeni körpünün inşasına başlanılacaq.  

Qeyd edək ki, Qudyalçay körpüsünün uçması nəticəsində 97 000 əhalinin Xaçmaz şəhəri, Xudat şəhəri və ətraf ərazilərlə nəqliyyat əlaqəsi kəsilib.









Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO