Dərman qiymətləri üçün yuxarı həddin olması NƏYİ DƏYİŞƏCƏK? – Rəşad Mahmudovdan AÇIQLAMA 

Dərman qiymətləri üçün yuxarı həddin olması NƏYİ DƏYİŞƏCƏK? – Rəşad Mahmudovdan AÇIQLAMA 

Hazırda oxunan: Dərman qiymətləri üçün yuxarı həddin olması NƏYİ DƏYİŞƏCƏK? – Rəşad Mahmudovdan AÇIQLAMA 

155363

Tarif Şurası bu gün keçirilən növbəti iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib. Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. 

Bu qərar dərman bazarına necə təsir edəcək? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Tarif (qiymət) Şurasının bu qərarı Prezident İlham Əliyevin bir müddət əvvəl qəbul etdiyi “Dərman vasitələri haqqında” qanunun tələblərinə uyğundur: 
 

MÖVZU İLƏ BAĞLI:

Dərman qiymətləri UCUZLAŞACAQ - Tarif Şurasından QƏRAR


“Dərman vasitələrinin hazırkı qiyməti dünya bazarındakı mövcud reallıqlara uyğundur. Gün keçdikcə, dünya bazarında daha da kəskinləşən problemlər və iqtisadi tənəzzül bütün sahələrdə olduğu kimi, dərman sektorunda da özünü göstərməsi labüddür. Bunu bütün ölkələr hiss edirlər. Ölkələrin işlək qanunlarının və mexanizmlərinin də bu prosesə təsiri var.  

Dövlət başçısı tərəfindən qəbul edilmiş son dəyişiklik də məhz ölkəmizə daxil olan dərman preparatlarının həm keyfiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin edir, həm uyğun rəqabətlilik şəraiti yaradır, həm xəstələrin dərmanlara əlçatanlılığının optimallaşdırılması və qiymətlərin müəyyən zaman çərçivəsində arzu olunan səviyyəyə düşməsi məqsədi daşıyır”.  

Onun sözlərinə görə, dərman vasitələrinin qiyməti əvvəllər də Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənsə də, vahid qiymət tətbiq olunurdu: 

“Ancaq bu, əsasən orijinal dərman şirkətlərinin qəbul etdiyi optimal qiymət səviyyəsində saxlamaqla yanaşı, aşağı hədd üçün hansısa bir sədd qoymur. Bu da zamanla ayrı-ayrı ölkələrin dərman şirkətlərinin istehsalı olan preparatların ölkəmizdə satılması üçün qeydiyyatdan keçmələrinə şərait yaradır. Bugünkü qərarda yuxarı hədd müəyyən olunsa da, aşağı hədd də müəyyən olunub. Bu qərar əslində “Dərman vasitələri haqqında” qanunun yaratdığı imkanlardan yalnız biridir”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO