Xaçmazda çökmüş körpünün yerində yenisi TİKİLƏCƏK - FOTO/VİDEO

Xaçmazda çökmüş körpünün yerində yenisi TİKİLƏCƏK - FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazda çökmüş körpünün yerində yenisi TİKİLƏCƏK - FOTO/VİDEO

155322

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında məlumat verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda körpü UÇDU: Maşın çaya DÜŞDÜ - FOTO/VİDEO


Xatırladaq ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Yeni körpünün inşası ilə əlaqədar günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək. İnşaat işlərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub. 

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. 
 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO